...

Azərbaycan bankı "Bank Standard" müştərilərlə yeni əks əlaqə sistemini tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 16:17 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq "Bank Standard" xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem tətbiq edib.
Azərbaycan bankı "Bank Standard" müştərilərlə yeni əks əlaqə sistemini tətbiq edib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycanda ilk dəfə olaraq "Bank Standard" xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem tətbiq edib. Baş ofis və "Arena" filialının əməliyyat zallarında quraşdırılmış "Keyfiyyət düyməsi" müştərilərə hər dəfə banka gələrkən xidmətin keyfiyyətini qiymətləndirməyə və bank xidmətinin keyfiyyətinə nəzarətdə bilavasitə iştirak etməyə imkan yaradacaq. Bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilir.

Yaxın günlərdə sistem "Bank Standard"ın bütün filiallarında tətbiq ediləcək.

"Keyfiyyət düyməsinə müştərilərə xidmət göstərən əməliyyatçıların piştaxtasında quraşdırılmış kiçik panel daxildir. Həmin paneldə yaşıl və ya qırmızı düymənin üzərinə basaraq, müştəri bank işçisinin işinə müvafiq olaraq müsbət və ya mənfi qiymətini verə bilər", - məlumatda deyilir.

Qiymətləndirmənin yekunlarına əsasən, əməliyyatçıların məşhurluq reytinqi aşkarlanır və nəticə filialın direktoru və bank menecmentliyinə təqdim edilir. Mövcud yeni qayda "Bank Standard"ın pərakəndə biznes şöbəsi tərəfindən işlənib hazırlanmış motivasiya sisteminin bir hissəsidir və xidmətin yaxşılaşdırılması və keyfiyyətinə obyektiv nəzarət etməyə yönəldilib.

Xəbər lenti

Xəbər lenti