...

Azərbaycan Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 3 rübün yekunlarına görə müraciətlərin sayı 3,88 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2010 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə üç rübün yekunlarına görə ölkə banklarından 172 105 müraciət daxil olub. Bu barədə şənbə günü xidmətin məlumatında deyilir. Müraciətlərin ümumi sayının 145 882-si yeni borcalanlara aid olub.

2009-cu ilin analoji dövrü ilə müqayisədə MKR-ə müraciətlərin sayı 3,88 dəfə artıb. 2009-cu ilin üç rübü ərzində sorğuların ümumi sayı 44 365 təşkil edib. Hesabat dövründə 217 şəxs MKR-ə şəxsi kredit hesabatlarının alınması məqsədilə müraciət edib.

Oktyabrın 1-nə olan məlumata görə, reyestrdə məlumatı olan borcalanların sayı 884 970, kredit məlumatlarının ümumi sayı isə 1 743 647 təşkil edib ki, bu da 2009-cu ilin yekunları üzrə analoji göstəriciləri müvafiq olaraq 25,7 və 31,8 faiz ötür.

2009-cu ilin sonuna olan məlumata görə, reyestrdə 387 818 zamin haqqında məlumat toplanılıb.

MKR 2005-ci ilin martından etibarən fəaliyyət göstərməyə başlayıb. Fiziki şəxs üçün bir sorğuya görə tarif 1,1 manat, hüquqi şəxs üçün 2 manat təşkil edir. Kredit reyestri kommersiya məqsədləri güdmür, tariflər isə inzibati xərcləri ödəmək üçün tətbiq edilib.

Oktyabrın 9-na rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti