...

Azərbaycanın Goranboy rayonunda investisiya layihələrinin güzəştli maliyyələşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 19:35 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il oktyabrın 15-də Goranboy rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanın Goranboy rayonunda investisiya layihələrinin güzəştli maliyyələşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il oktyabrın 15-də Goranboy rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- intensiv bağçılığın inkişafı, faraş tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsi, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin yaradılması;

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172.

Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29.

e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti