...

Azərbaycan Prezidenti "Dövlət rüsumu haqqında" Qanuna əlavə və dəyişiklikləri təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 20:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanununa əlavə və dəyişiklikləri təsdiqləyib. Bu barədə məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti "Dövlət rüsumu haqqında" Qanuna əlavə və dəyişiklikləri təsdiqləyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanununa əlavə və dəyişiklikləri təsdiqləyib. Bu barədə məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dəyişikliklərə əsasən, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə - 100 manat, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə - 50 manat, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi - 100 manat, Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi - 20 manat, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi - 20 manat məbləğində müəyyən edilib.

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı - 100 manat, gigiyenik sertifikatın verilməsi - 15 manat məbləğində müəyyən edilib.

Qanuna dəyişikliklər Milli Məclis tərəfindən sentyabrın 3-da ratifikasiya edilib.

Oktyabrın 20-nə rəsmi məzənnə 0,8014 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti