Qazaxıstan, Astana, 1 noyabr /Trend, müxbir A.Maratov/
Oktyabrda Qazaxıstanda inflyasiya 0,9 faiz təşkil edib. Bu barədə bazar ertəsi Qazaxıstan Statistika Agentliyi məlumat verib. Məlumata görə, ötən ay ərzində Qazaxıstanda ərzaq mallarının qiyməti 1,3 faiz, qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, ödənişli xidmətlər isə 0,7 faiz artıb.
Ötən ay taxıl məhsullarının qiymətində 2,2 faiz, un - 4 faiz, çörək - 2,3 faiz, ət məhsullarının qiymətində isə 0,6 faiz artım müşahidə edilib. Bundan başqa, respublikada benzinin 1,5 faiz, dizel yanacağının qiyməti isə 2,9 faiz artıb.
Mənzil-kommunal xidmətlər sahəsində paylayıcı şəbəkələrlə nəql edilən qazın 2,6 faiz, elektrik enerjisinin qiyməti isə 0,2 faiz artıb.