...

Azərbaycanda reklam qanunvericiliyinin pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 19:11 (UTC +04:00)
İqtisadi İnkışaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklamların yayılması sahəsində qanunvericiliyin pozulması faktlarını aşkar edib.
Azərbaycanda reklam qanunvericiliyinin pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Ü.İsmayılova/

İqtisadi İnkışaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklamların yayılması sahəsində qanunvericiliyin pozulması faktlarını aşkar edib. Bu barədə xidmətin cümə axşamı yaylan məlumatında deyilir.

Monitorinqlər zamanı "Optimal Electronics" MMC və "Final dərgisi dərshanələri" hazırlıq kursları tərəfindən reklam materiallarının hazırlanması zamanı qanunvericiliyin pozulması faktları aşkar edilib. Bununla əlaqədar təsərrüfat subyektlərinə yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə müvafiq göstərişlər verilib.

Bundan əvvəl də Dövlət Xidməti tərəfindən 18 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib və bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" qanunun tələblərinə əməl etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti