...

"Texnikabank" AZERI BUSINESS AWARD-ın "İlin bankı" nominasiyasında qalib olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 18:36 (UTC +04:00)
Azərbaycanın ən dinamik inkişaf edən banklarından olan "TexnikaBank" Açıq Səhmdar Cəmiyyəti əldə etdiyi nailiyyətlər, uğurlar nəzərə alınaraq, "İlin Bankı" mükafatına layiq görülüb və mükafat banka təqdim edilib. Bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilir.
"Texnikabank" AZERI BUSINESS AWARD-ın "İlin bankı" nominasiyasında qalib olub

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Azərbaycanın ən dinamik inkişaf edən banklarından olan "TexnikaBank" Açıq Səhmdar Cəmiyyəti əldə etdiyi nailiyyətlər, uğurlar nəzərə alınaraq, "İlin Bankı" mükafatına layiq görülüb və mükafat banka təqdim edilib. Bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilir.

Azərbaycanın aparıcı, işgüzar nəşri olan "Business Time" jurnalının təsis etdiyi mükafat milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf tempidir. Mükafat 40 nominasiyada təqdim olunub.

Uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlən, maliyyə göstəricilərinə görə ölkənin özəl bank strukturunda ilk beşlikdə qərarlaşan "Texnikabank" ASC 1993-cü ildə yaradılıb və hazırda universal bank olmaqla, geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Texnikabank tərəfindən yaradılmış və 2010-cu ildə fəaliyyətə başlamış TexKart prosessinq mərkəzinin fəaliyyəti, ilk öncə MasterCard ödəmə sisteminin, növbəti mərhələdə isə "Visa" ödəmə sisteminin bütün kartlarının, eyni zamanda banka məxsus olan POS-terminal və ATM şəbəkəsinin miqrasiya olunması cari il ərzində bankın dinamik inkişafının, uğur və nailiyyətlərinin bariz nümunəsidir.

İstər paytaxt, istərsə də bölgələrdə olmaqla, ölkə ərazisində geniş filial şəbəkəsinə malik bankın müasir avadanlıqlarla təmin olunmuş 35 filialı və 5 şöbəsi hazırda istifadədədir və müştərilərin sayının durmadan çoxalması əhali arasında banka olan etibarın artmasından xəbər verir.

Xəbər lenti

Xəbər lenti