...

Azərbaycanın Dəniz Administrasiyası Odessada beynəlxalq regional tədbirdə iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 13:38 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının mütəxəssisləri Odessada (Ukrayna) keçirilən "Gəmilərdə korroziyanın qarşısının alınması metodu üzrə konvensiya" çərçivəsində beynəlxalq regional tədbirdə iştirak edirlər. Bu barədə cümə axşamı administrasiyadan məlumat verilib. Görüş Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təşkil olunub.
Azərbaycanın Dəniz Administrasiyası Odessada beynəlxalq regional tədbirdə iştirak edir

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mütəxəssisləri Odessada (Ukrayna) keçirilən "Gəmilərdə korroziyanın qarşısının alınması metodu üzrə konvensiya" çərçivəsində beynəlxalq regional tədbirdə iştirak edirlər. Bu barədə cümə axşamı administrasiyadan məlumat verilib. Görüş Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təşkil olunub.

Məlumata əsasən, tədbirdə Rumıniya, Bolqarıstan, Türkiyə, Albaniya və Rusiya dəniz administrasiyalarının nümayəndələri iştirak edirlər.

Forum zamanı konvensiyadan irəli gələ öhdəliklərin müzakirəsi planlaşdırılır. Həmçinin iştirakçılara su nəqliyyatı və həmin sahədə elmi-texniki nailiyyətlər üzrə aparıcı ölkələrin təcrübəsi təqdim olunacaq.

Tədbirin keçirilməsində əsas məqsəd ticarət gəmiçiliyinin iqtisadi baxımdan inkişafı və ətraf mühitə təsirini minimum dərəcədə azaltmaq, su nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi üzrə regional əməkdaşlığa nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti