...

"QƏŞŞŞŞƏNG" kampaniyasında 15 minə yaxın müştəri iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2010 14:13 (UTC +04:00)
Dekabrın 10-da "Unibank"da pul köçürmələrini göndərən və alan müştərilər arasında keçirilən "QƏŞŞŞŞƏNG" lotereya kampaniyasının 3-cü tirajı baş tutub. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"QƏŞŞŞŞƏNG" kampaniyasında 15 minə yaxın müştəri iştirak edib

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Dekabrın 10-da "Unibank"da pul köçürmələrini göndərən və alan müştərilər arasında keçirilən "QƏŞŞŞŞƏNG" lotereya kampaniyasının 3-cü tirajı baş tutub. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Mobitel" şirkətinin dəstəyi ilə təşkil olunan bu aksiyada noyabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan 50 müştəri "Nokia Supernova 7210" mobil telefonları qazanıb. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar. Onların tam siyahısı "Unibank"ın rəsmi saytında (www.unibank.az) və "ZAMAN-Azəri" qəzetinin ötən şənbə günü çıxan nömrəsində açıqlanıb.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak edirlər. Nəticədə, ötən ayın yekunlarına görə Bankın 4341 müştərisi "QƏŞŞŞŞƏNG" kampaniyasına qoşularaq, lotereyada iştirak üçün şanz qazanıb. Ümumi hesabda isə sentyabr, oktyabr və noyabr aylarında "QƏŞŞŞŞƏNG" kampaniyasında 15 minə yaxın müştəri iştirak edib.

Qeyd edək ki, 300 USD, EUR və ya 9000 RUR məbləğində olan hər bir pul köçürməsi uduş üçün 1 şans verir. "Unibank" tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şanslar da artır. "QƏŞŞŞŞƏNG" kampaniyası çərçivəsində "Unibank"la pul köçürün və ya alın, Mobitel zəmanətli Nokia Supernova telefonları qazanın!!" tirajlı stimullaşdırıcı lotereyanın növbəti tirajı 2011-ci ilin yanvarın 14-də Bankın baş ofisində keçiriləcək.

Hazırda "Unibank" səkkiz pul köçürmələri sistemi - "Western Union", "Faster", "Xpress Money", "Bıstraya Poçta", "Coinstar", "BLİZKO", "Zolotaya Korona", "Contact" ilə işləyir. Qeyd edək ki, son bir ildə Bankın təcili pul köçürmə sistemləri üzrə əməliyyatların həcmi 139 faiz artıb.

Xəbər lenti

Xəbər lenti