...

"Millennium Tourism & Congress DMC" Azərbaycan turizminə öz dəyərli töhfəsini verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2011 16:54 (UTC +04:00)
"Millennium Tourism & Congress DMC" mükəmməl və dinamik, Azərbaycanın turizm həyatına öz dəyərli və mükəmməl töhfəsini vermək məqsədi daşıyan pəşəkar turizm şirkətidir. Bu barədə şirkətin yaradıcısı Vüqar Əliyev bildirib.
"Millennium Tourism & Congress DMC" Azərbaycan turizminə öz dəyərli töhfəsini verir

Azərbaycan, Bakı, 10 fevral /Trend/

"Millennium Tourism & Congress DMC" mükəmməl və dinamik, Azərbaycanın turizm həyatına öz dəyərli və mükəmməl töhfəsini vermək məqsədi daşıyan pəşəkar turizm şirkətidir.  Bu barədə şirkətin yaradıcısı Vüqar Əliyev bildirib.

"Şirkətimizin gənc olmasına baxmayaraq, yığma komanda kimi bir araya gələn əməkdaşlarımızın turizm sənayesində illərlə formalaşan təcrübəsi, beynəlxalq və yerli sərgilər, festivallar, seminarlar, biznes-forumlar, kongreslərdə uğurlu, məhsuldar iştirakları onun nüfuz və müsbət imicini daha da artırır, möhkəmləndirir", - Əliyev deyib.

Onun sözlərinə görə, şirkət Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci ildə "İlin ən yaxşı turizm şirkəti" fəxri adına layiq görülüb.

Əliyevin sözlərinə görə, şirkətin əsas iki fəaliyyət istiqaməti var - daxili və xarici turizm. Şirkətin fəaliyyətinin əsas prioriteti daxili turizm fəaliyyətidir. Bu yöndə şirkət tərəfindən çoxnövlü tur proqramlar işlənib hazırlanıb və reallaşdırılması nəzərdə tutulub. "Millennium Tourism & Congress DMC" "Relax-Lerik" Turizm və İstirahət Mərkəzinin və "Palma-Nabran" otelinin Azərbaycanda baş tur operatorudur. Eyni zamanda şirkətin ən uğurlu işlərindən biri www.millenniumtour.az turizm saytının yaradılmasıdır. Bu layihənin həyata keçirilməsi şirkətin uğur açarı olmaqla yanaşı, Azərbaycan turizm sənayesinə bir töhvədir. Bu arqumenti əsaslandırmaq üçün təkcə bu faktı qeyd etmək kifayətdir ki, sayt dünya İnternet şəbəkəsinin Google, Altavista, Yahoo və s. məşhur axtarış sistemlərində qeydiyyatdan keçib. Digər İnternet resurslarında da ödənişli reklam-təbliğat kompaniyası həyata keçirilir.

"Saytda Azərbaycanın turizm potensialını əks etdirən materilların çoxluğunu nəzərə alaraq, xarici turistlərin bu vasitə ilə ölkəyə dəvət olunmasına ümid edirik", - Əliyev deyib.

Şirkət təsisçisinin sözlərinə görə, "MILLENNIUM TOURISM & CONGRESS DMC"nin təşkil etdiyi xidmətlər və turlar bunlardan ibarətdir:

1.      Mehmanxana və istirahət mərkəzlərinin fərdi və İnternet rezervasiyası

2.      Yerli sanatoriya və müalicə ocaqlarına sağlamlıq turları

3.      Xarici turistlərə viza dəstəyi

4.      Bakı və yerli turizm regionlarına ekskursiyalar

5.      Dini turizm

6.      Butün istiqamətlərə aviabiletlərin satışı və ünvana pulsuz çatdırılması

7.      Bütun növ minik nəqliyyat növlərinin uzun və qısamüddətli kirayəsi, transfer xidmətləri

8.      Konqres, simpozium, seminar, biznes-forum, təqdimetmə mərasimlərinin təşkili

9.      Tərcüməçi-bələdçi xidməti

10.  VİP-servislər

11.  Tarixi-mədəni, arxeoloji-etnoqrafik turlar

12.  Xarici və yerli turistlər üçün özəl ev və mənzillərin kirəyə xidməti

13.  Səyahət və avtomobil sığortası

Xarici turizm fəaliyyətinə gəldikdə, xarici ölkələrə istirahət, müalicə, biznes, etnik-mədəni , dini və s. turlar təşkil olunur:

1.      İstirahət və biznes turları: Antalya, Dubay, İran, İordaniya,Yaponiya, Misir, Suriya, Kazaxstan, Tailand, Malayziya, Çin, Kipr, Tunis, Rusiya, Gürcüstan, Avropa, Baltikyanı və onlarla başqa istiqamət.

2.                     Müalicə turları:Çexiya-Karlovi Varı, Baden-Baden, Macarıstan, Truskoveç, Moskvaətrafı, Minvod, Krim, Yalta, Soçi, Anapa və s.

Əliyevin sözlərinə görə, 2010-cu ildə şirkət üçün uğur qazandıran yeni xidmət istiqamətlərindən biri də "Bakı City Tour" layihəsinin həyata keçirilməsi olub. Tur hər gün saat 12:00-da Hökümət Evinin qarşısında başlayır və 17:00-da "Qız qalası" abidəsinin qarşısında başa çatır. Tur zamanı turistlərə Azərbaycan, rus, ingilis, fars dilində bələdçilər köməklik göstərir.

"Şirkətimiz həmçinin Şimali Kiprin ən yüksək prestijə sahib olan universiteti-Beynəlxalq Kipr Universitetinin Azərbaycan təmsilçisidir. 2010-cu ildə 44 azərbaycanlı tələbə şirkətimiz vasitəsilə Beynəlxalq Kipr Universitetinə müraciət etmiş, universitetin tələbələri siyahısına daxil olub", - Əliyev bildirib.

"Millennium Tourism & Congress DMC" şirkəti Nigar Rəfibəyli 12/14 (MUM-un yaxınlığı, Uroloji xəstəxananın arxası) ünvanında yerləşir.

Tel: +99412 5984818; +99412 5960668; +99450 3123982

Xəbər lenti

Xəbər lenti