...

Dünya Bankının baş ofisində Azərbaycan günləri keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 18:53 (UTC +04:00)
Martın 15-16-da Vaşinqtonda Dünya Bankının (DB) baş ofisində Azərbaycan günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Məkəzi Bankının (AMB) məlumatında deyilir.
Dünya Bankının baş ofisində Azərbaycan günləri keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ü.İsmayılova/

Martın 15-16-da Vaşinqtonda Dünya Bankının (DB) baş ofisində Azərbaycan günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Məkəzi Bankının (AMB) məlumatında deyilir.

Azərbaycan günləri AMB və Dünya Bankının Azərbaycan ofisinin təşkilatçılığı ilə keçiriləcək. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti Vaşinqtona səfər edəcək.

"1992-ci ildən etibarən Dünya Bankı ilə Azərbaycan arasında qurulan əməkdaşlıq nəticəsində Dünya Bankı Azərbaycana bazar iqtisadiyyatının qurulması, yoxsulluğun azaldılması, modern infrastrukturun yaradılması və maliyyə sektorunun inkişafında aktiv dəstək göstərib", - AMB-nın məlumatında deyilir.

Azərbaycana həsr edilən tədbirdə DB ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq qeyd olunacaq, bu çərçivədə keçiriləcək yüksək səviyyəli görüşlərlə Azərbaycan və Dünya Bankı arasındakı əlaqələr və dialoq daha da möhkəmləndiriləcək. Azərbaycan günləri çərçivəsində Azərbaycan mədəniyyəti də geniş təbliğ olunacaq.

Səfər çərçivəsində əvvəlcə Mərkəzi Bank və Dünya Bankının nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan günlərinin təntənəli açılış mərasimi keçiriləcək.

Mərasimdə həmçinin Dünya Bankının binasında xalçaçılıq sərgisinin təşkili, DB və BVF əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı Azərbaycan milli xörəkləri, həmçinin, Azərbaycan musiqi incilərinin təqdim edilməsi, eləcə də Azərbaycanı tərənnüm edən fotoqalereyanın nümayiş etdirilməsi nəzərdə tutulub.

Dünya Bankındakı Azərbaycan günləri çərçivəsində "Azərpoçt" layihəsinin uğurlu layihə kimi təqdimat mərasimi də keçiriləcək.

Mərkəzi Bankın sədri Rüstəmovun proqram çərçivəsində DB-nin prezidenti Robert Zollik, DB-nin Azərbaycanın daxil olduğu seçki qrupunun icraçı direktoru Mişel Mordasini, həmçinin, BVF nümayəndələri və bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Görüşlərin mövzusu DB və BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı vəziyyəti, Azərbaycanda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə predmeti olacaq.

Xəbər lenti

Xəbər lenti