...

Azərbaycan Nəqliyyat Nazirliyi və DB Bakıda şəhər nəqliyyatının inkişaf perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 14:17 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin Bakı şəhər nəqliyyatı üzrə işçi qrupu və Dünya Bankı (DB) Böyük Bakının şəhər nəqliyyatı sahəsində siyasəti müzakirə ediblər.
Azərbaycan Nəqliyyat Nazirliyi və DB Bakıda şəhər nəqliyyatının inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin Bakı şəhər nəqliyyatı üzrə işçi qrupu və Dünya Bankı (DB) Böyük Bakının şəhər nəqliyyatı sahəsində siyasəti müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Müzakirələrdə DB-nin Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen, layihə rəhbəri Cen Cunq Eun Oh, DB-nin Azərbaycanda nəqliyyat proqramının rəhbəri Ben Gerike və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov iştirak ediblər.

Görüş zamanı Yaponiyanın PHRD fondunun qrantı hesabına maliyyələşdirilmiş fəaliyyətlərin və nəticələrin icmalı, Dünya Bankının Bakı şəhərinin nəqliyyatı ilə bağlı tövsiyələri, rəhbər komitəsinin üzvlərinin rəyləri dinlənilib, ümumi strategiya və diaqnostika, institusional mexanizmlər, qısamüddətli prioritet tədbirlər və s. məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti