...

Azərbaycanda illik inflyasiya 8,9 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 18:19 (UTC +04:00)
2011-cu ilin fevralında istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayı ilə müqayisədə 2,2 faiz, yanvar-fevralda isə 2010-cu ilin analoji dövrü ilə müqayisədə 8,9 bahalaşıb.
Azərbaycanda illik inflyasiya 8,9 faiz təşkil edib

Azərbaycan, Bakı, 14 mart /Trend/

2011-cu ilin fevralında istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayı ilə müqayisədə 2,2 faiz, yanvar-fevralda isə 2010-cu ilin analoji dövrü ilə müqayisədə 8,9 bahalaşıb. İyunda qiymətlər 0,6 faiz ucuzlaşıb. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Ərzaq malları may ayına nisbətdə 2,2 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 0,1, xidmət tarifləri isə 4,3 faiz artıb.

2010-cu ilin yanvar-fevralı ilə müqayisədə ərzaq malları 13,7 faiz, qeyri-ərzaq malları 2,8 faiz, xidmətlər isə 2 faiz bahalaşıb.

Fevralda mal və xidmətlərin çıxılması ilə hesablanan mövsümi dəyişikliklərə uğrayan (meyvə və tərəvəz) istehlak qiymətlərinin bazis indeksi və dövlətin tənzimlədiyi qiymətlər ötən aylarla müqayisədə 0,6 faiz, 2010-cu ilin yanvar-fevral ilə müqayisədə isə illik hesabatda 6,2 faiz artıb.

Xəbər lenti

Xəbər lenti