...

Azərbaycanın sığorta şirkəti "Atəşgah" regional şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 17:07 (UTC +04:00)
Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Şirkətlər Qrupu regionlarda filial şəbəkəsinin inkişafı proqramı çərçivəsində və əhaliyə təklif etdiyi xidmətlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə İsmayıllı şəhərində yeni ofisini istifadəyə verib.
Azərbaycanın sığorta şirkəti "Atəşgah" regional şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Şirkətlər Qrupu regionlarda filial şəbəkəsinin inkişafı proqramı çərçivəsində və əhaliyə təklif etdiyi xidmətlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə İsmayıllı şəhərində yeni ofisini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu ofisin açılışı şəhər sakinlərinə bütün növ sığorta, həmçinin yeni - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təqdim etmək imkanı verəcək.

İsmayıllı rayonu Böyük Qafqazın cənub ətəklərində və Bakıdan 185 km məsafədə yerləşir. Tərkibinə 1 şəhər (İsmayıllı şəhəri), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 106 kənd daxildir. Əhalisinin sayı 80 min nəfər təşkil edir.

Hazırda "Atəşgah" Şirkətlər Qrupunun regional ofislərinin sayı 7-yə çatır. Birinci və ən iri ofis 2008-ci ildən Gəncədə fəaliyyət göstərir. Analoji ofis 2009-cu ilin avqustundan Salyanda, sentyabrdan Lənkəranda, noyabrdan Mingəçevir və Şəkidə, dekabrdan Xaçmazda, 2011-ci ilin martından isə İsmayıllıda istifadəyə verilib.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat sığortası üzrə "Atəşgah Həyat" sığorta şirkəti "Atəşgah" Şirkətlər Qrupunun tərkibinə daxildir. "Atəşgah" sığorta şirkəti fiziki və hüquqi şəxslərə sığortanın 21 növü üzrə xidmət təqdim edir. İlin birinci yarısının yekunlarına görə, şirkət ölkənin sığorta bazarında sığorta yığımları üzrə üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda 5 ofisi, Azərbaycan ərazisində 7 regional nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti