...

"Tibbi Səfirlik" yeni aksiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2011 15:46 (UTC +04:00)
"Tibbi Səfirlik" şirkəti növbəti "Yaşın nə fərqi var" aksiyasını keçirir. Bu aksiya vasitəsilə DİPLOMAT kartını yaşlı nəsil, valideynlər, nənələr və babalar cavanlar üçün daha əlverişli qiymətə ala bilərlər.
"Tibbi Səfirlik" yeni aksiya keçirir

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Tibbi Səfirlik" şirkəti növbəti "Yaşın nə fərqi var" aksiyasını keçirir. Bu aksiya vasitəsilə DİPLOMAT kartını yaşlı nəsil, valideynlər, nənələr və babalar cavanlar üçün daha əlverişli qiymətə ala bilərlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin məlumatında deyilir.

DIPLOMAT kartının standart qiyməti gənc nəsil üçün 49,99 manat, 55-70 yaşında olan yaşlı nəsil üçün 59,99 manat təşkil edir. Yaşı 70-ə yaxın olanlar kartı 69,99 manata alırlar. İndi "Yaşın nə fərqi var" aksiyası qüvvədə olan zaman yaşı 55-ə yaxın olanların hamısı proqrama gənclər üçün olan qiymətə, yəni cəmisi 49,99 manata qoşula bilərlər. Aksiya aprelin 3-dək davam edəcək.

"Diplomat" endirim kartı Azərbaycanın 50 ən yaxşı klinikasını, apteki, idman zalını və sağlamlığa aid hər şeyi əhatə edir. Məlumatda bildirilir ki, kart sahibləri bütün tərəfdaş müəssisələrdə 50 faizədək endirimlə təmin edilirlər. Kart yaşlı adamlar, uşaqlar, hamilə qadınlar, tez-tez xəstələnən, əməliyyata ehtiyacı olan, bir sözlə, böyük tibbi xərcləri olan şəxslərə maraqlıdır.

"Tibbi Səfirlik" şirkətinin tərəfdaş təşkilatları sırasında MediClub, City Hospital, Leyla Şıxlinskaya Klinikası, UniClinic, Sağlam Ailə, Turk-Amerikan, Medical Plaza, Gömrük Komitəsinin Hospitalı, Modern Hospital, Oksigen, Atlas, Euromed, MediLux, 32 Beuty, Deniz Dental, Vita və Pharma aptekləri və digərləri var.

Tərəfdaş təşkilatlar şəbəkəsinə Azərbaycandan kənarda olan klinikalar da daxildir.

Tərəfdaş təşkilatların tam siyahısı, onların qiymət vərəqələri və endirimlərin məbləği ilə www.tibbisefirlik.az saytında tanış olmaq olar.

Kart almaq üçün (012) 415 66 00 nömrəli telefona zəng etmək və ya şirkətin saytındakı "online" anketi doldurmaq kifayətdir. Ad kartı hazırlanaraq sifarişçiyə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti