...

Ermənistanın Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur - AZAL

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2011 17:49 (UTC +04:00)
Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur.
Ermənistanın Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur - AZAL

Azərbaycan, Bakı, 28 mart /Trend/

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Bu aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.

Azərbaycan artıq bu təşkilatı həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti