...

Azərbaycan və Hindistan ticari-iqtisadi münasibətlərin inkişafını müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2011 11:51 (UTC +04:00)
Azərbaycan və Hindistanın iqtisadiyyatı davamlı templərlə inkişaf edir, ölkələr 2010-cu ildə 340 milyon dollara çatan qarşılıqlı mal dövriyyəsinin inkişafı sahəsində potensiala malikdirlər.
Azərbaycan və Hindistan ticari-iqtisadi münasibətlərin inkişafını müzakirə edir

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan və Hindistanın iqtisadiyyatı davamlı templərlə inkişaf edir, ölkələr 2010-cu ildə 340 milyon dollara çatan qarşılıqlı mal dövriyyəsinin inkişafı sahəsində potensiala malikdirlər. Bu barədə cümə axşamı Hindistanın Azərbaycandakı səfiri Debnat Şou deyib.

"Azərbaycanla Hindistan arasında ticari-iqtisadi münasibətlər daim inkişaf edir. Əgər 2005-2006-cı illərdə mal dövriyyəsi 50 milyon dollar təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 340 milyon dollara çatıb", - səfir Azərbaycan və Hindistanın iş adamlarının görüşündə bildirib.

Onun sözlərinə görə, görüşdə iştirak edən Hindistan nümayəndə heyəti ixrac sahələrində əməkdaşlığın gələcək inkişaf perspektivlərini öyrənmək fikrindədir.

Azərbaycanla Hindistan arasında ticari-iqtisadi əlaqələrin əsası 1992-ci ildə qoyulub, 2009-cu ildə isə hökumətlərarası komissiyanın ilk iclası keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyevin sözlərinə görə, Hindistanla əmtəə dövriyyəsinin inkişafı üçün potensial var.

"Belə görüşlər ticari əlaqələrin inkişafı üçün təşkil olunur. Hazırda tərəflər investisiyaların müfadiəsi haqqında sazişin imzalanması məsələsinə baxırlar. Ümid edirəm ki, yaxın vaxtlarda bu sənəd imzalanacaq", - Vəliyev bildirib.

Debnat Şounun sözlərinə görə, Azərbaycandan Hindistana idxalın böyük hissəsini əsasən NEZ-in ehtiyaclarının ödənilməsi üçün neft təşkil edir.

"Hindistanın enerjidaşıyıcılarının 70 faizi idxal olunur. Ölkədə böyük həcmdə karbohidrogenlərə tələbat çoxdur, lakin Azərbaycan qazının çatdırılması həm texnoloji, həm də qiymət nöqteyi-nəzərindən mürəkkəb prosesdir. Hindistana enerjidaşıyıcıların çatdırılmasının alternativ variantlarının işləyib hazırlayırıq", - Şou deyib.

EIA-in məlumatına görə, Hindistanda sübut edilmiş qaz ehtiyatları 1 trilyon kubmetr təşkil edir. 2025-ci ildə Hindistanın qaz bazarında tələbat artımı 113 milyard kubmetrədək, 2030-cu ildə isə 132 milyard kubmetrədək təşkil edəcək. BEA-nin proqnozlarına görə, Hindistan 2015-ci ildə 18 milyard kubmetr, 2025-ci ildə 40 milyard kubmetr, 2030-cu ildə isə 52 milyard kubmetr qaz idxal etməyə məcbur olacaq.

Xəbər lenti

Xəbər lenti