...

Azərbaycanda əqli mülkiyyətin müdafiəsi üzrə milli strategiya hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2011 12:03 (UTC +04:00)
Azərbaycanda əqli mülkiyyətin müdafiəsi üzrə milli strategiya hazırlanır. O, saxta malların istehsalı ilə mübarizə metodlarını özündə birləşdirir.
Azərbaycanda əqli mülkiyyətin müdafiəsi üzrə milli strategiya hazırlanır

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda əqli mülkiyyətin müdafiəsi üzrə milli strategiya hazırlanır. O, saxta malların istehsalı ilə mübarizə metodlarını özündə birləşdirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri Miryaqub Seyidov məlumat verib.

"İndi ölkədə saxta mallara qarşı irimiqyaslı mübarizə gedir. Bunun üçün komitəmiz Dövlət Gömrük Komitəsi, hüquq-mühafizə orqanları və digər müvafiq strukturlarla birgə iş aparır", - Seyidov bildirib.

Onun sözlərinə görə, bu mübarizə beynəlxalq səviyyədə aparılmalıdır.

"Bu, xüsusilə, təyyarələrin saxta ehtiyat hissələrinin, eləcə də dərman preparatlarının istehsalına aiddir", - Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti