...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi Bakıda müəssisələrin birində şirniyyat istehsalına qadağa qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2011 16:04 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Yasamal rayonunda fəaliyyət göstərən müəssisədə qənnadı məhsullarının istehsalına və satışına qadağa qoyub.
Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi Bakıda müəssisələrin birində şirniyyat istehsalına qadağa qoyub

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Yasamal rayonunda fəaliyyət göstərən müəssisədə qənnadı məhsullarının istehsalına və satışına qadağa qoyub. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata əsasən, M.Rahim küçəsi, 535 ünvanında yerləşən müəssisə fiziki şəxs A.Babayevaya məxsusdur.

"Müəssisədə unlu qənnadı məmulatların istehsalı zamanı standartların tələblərinə riayət olunmadığı aşkar olunub", - məlumatda deyilir.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə biskvitli-kremli tort, keks və şərq şirniyyatı istehsal olunur. Məhsulların istehsalı üçün normativ sənədlər, təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar mövcud olmayıb. Biskvitli-kremli tort və şərq şirniyyatının hazırlanmasında istifadə olunan xammallar, ədviyyatlar heç bir rəsmi normativ sənəd və standartlara istinad edilmədən məhsula əlavə edilib. Bundan başqa, müəssisədə unlu qənnadı məmulatların istehsalı üçün lazımi şərait yoxdur. Hazır məhsullar gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunaraq satışa verilib.

Xəbər lenti

Xəbər lenti