...

"Azərbaycan Hava Yolları" QSC ABŞ-a uçuşlar üçün icazə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 15:06 (UTC +04:00)
2014-cü ilə qədər "Azərbaycan Hava Yolları" QSC ABŞ-a aviareyslərin həyata keçirilməsinə başlamaq üçün icazə alacaq. Trend-in məlumatına görə, bu barədə QSC rəhbərinin müavini Sabir İlyasov deyib.
"Azərbaycan Hava Yolları" QSC ABŞ-a uçuşlar üçün icazə alacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbirlər N.İsmayılova, E.İsmayılov/

2014-cü ilə qədər "Azərbaycan Hava Yolları" QSC ABŞ-a aviareyslərin həyata keçirilməsinə başlamaq üçün icazə alacaq. Trend-in məlumatına görə, bu barədə QSC rəhbərinin müavini Sabir İlyasov deyib.

"Güman edirəm ki, 2014-cü ilə qədər biz bütün prosedurları başa çatdıracağıq və ABŞ departamentinin uçuşlar üçün icazəsini alacağıq", - İlyasov bildirib.

Onun sözlərinə görə, ABŞ-a uçuşların həyata keçirilməsinə olan tələblər çox yüksəkdir.

"Müəyyən auditdən keçmək lazımdır və bizi bu uçuşlara hazırlayırlar. Bizi bu prosesə hazırlayan ABŞ şirkətini icarəyə götürmüşük", - İlyasov qeyd edib.

İlyasovun sözlərinə görə, QSC-nin uçuşlar həyata keçirəcəyi şəhərlərlə bağlı məsələdə hələ ki dəqiqlik yoxdur. Bunun üçün müvafiq marketinq araşdırmaları aparılacaq.

2014-cü ildən etibarən Azərbaycanın milli aviaşirkəti "Boeing-787 Dreamliner" təyyralərini (iki hava gəmisi) almağa başlayacaq.

Bu hava gəmilərinin alınması AZAL-a Avropa, Cənub-Şərqi Asiya və Amerikaya yeni marşrutlar açmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti