...

"Qatar Airways" Doha-Bakı-Tbilisi marşrutunu açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

"Qatar Airways" aviaşirkəti bazar ertəsi Doha-Bakı-Tbilisi yeni aviamarşrutunu açdığını elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında bildirilir.

Marşrutun Doha-Bakı hissəsi birbaşa olacaq. Aviareyslər noyabrın 30-dan başlayaraq gündəlik yerinə yetiriləcək.

Uçuşlar 12 yer biznes-klasda və 132 yer ekonom-klasda olmaqla, ikisinifli konfiqurasiyalı Airbus A320 təyyarələri tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti