...

Azərbaycan bankı "Azər-Türk Bank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 12:28 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan bankı "Azər-Türk Bank" QSC-nin sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı "Azər-Türk Bank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 4 may /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan bankı "Azər-Türk Bank" QSC-nin sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasından (BFB) bildirilib.

Məlumata görə, emissiyanın həcmi 633 560 manat təşkil edir, qiymətli kağızlar hər birinin nominal dəyəri bir manat olan 633 560 ədəddir.

Hazırda bankın nizamnamə kapitalı 11 milyon manat təşkil edir, yeni emissiyanın yerləşdirilməsindən sonra isə bu məbləğ təxminən 11,6 milyon manata çatdırılacaq.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Caspian Financial" MMC çıxış edir.

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti, 1995-ci il mayın 25-də "T.C.Ziraat Bankası A.Ş." və "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib. "Azər-Türk Bank"da iştirak payı birgə bankın nizamnamə kapitalında səhmlərin 46 faizinin məxsus olduğu "Agrar Credit"in özəlləşdirilməsi ilə əlaqədar artırıla bilər. Qalan 4 faiz Azərbaycan bankı "Turan Bank"a məxsusdur.Bank "MilliKart" Milli Prosesinq Mərkəzinin üzv-həmtəsisçisi və səhmdarıdır.

Mayın 4-nə rəsmi məzənnə 0,7912 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti