...

"NBC Bank"ın sponsorluğu ilə "Çağdaş Türk sənətindən izdüşümlər" adlı sərginin açılışı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 11:02 (UTC +04:00)
Bu gün "NBC Bank"ın sponsorluğu ilə "Çağdaş Türk sənətindən izdüşümlər" adlı sərginin açılışı olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binasında təşkil olunan sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və bir çox qonaqlar iştirak edib.
"NBC Bank"ın sponsorluğu ilə "Çağdaş Türk sənətindən izdüşümlər" adlı sərginin açılışı olub

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün "NBC Bank"ın sponsorluğu ilə "Çağdaş Türk sənətindən izdüşümlər" adlı sərginin açılışı olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binasında təşkil olunan sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və bir çox qonaqlar iştirak edib. Sərgidə Türkiyənin 16 rəssamının əsərləri nümayiş olunur. Müxtəlif janrlı əsərlərin nümayişi mayın 22-dək davam edəcək.

Qeyd edək ki, "NBC Bank" ASC 17 dekabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filialları olmaqla 7 filial həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir. "NBC Bank" ASC-nin Bakı şəhərində 5, Sumqayıt şəhərində isə 1 bankomatı, 8-i filiallarda qalanları isə digər ünvanlarda fəaliyyət göstərməklə 46 POS-terminalı vardır.

Bankın bütün filiallarında həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları mövcuddur: hesabın açılması, depozit, qarantiya və akkreditivlər, istehlak kreditləri (Plastik kartla kredit, məişət avadanlığı alınmasına yönəlmiş kreditlər, təmir kreditləri, mobil telefon krediti), biznes və avtomobil kreditləri, plastik kartlarla əməliyyatlar, AZERCELL, BAKCELL və NAR MOBİLE mobil operatorları üzrə ödənişlər, kommunal xidmət ödənişləri, valyuta mübadiləsi və s.

Xəbər lenti

Xəbər lenti