...

Azərbaycan bankı "Parabank" biznesin faizsiz kreditləşdirilməsini elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 15:23 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" kiçik və orta sahibkarlığın inkişafını və həmçinin müştəri məmnunluğunu üstün tutaraq kreditlərin aşağı faizlə və sərfəli şərtlərlə verilməsinə böyük diqqət yetirir.
Azərbaycan bankı "Parabank" biznesin faizsiz kreditləşdirilməsini elan edir

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan bankı "Parabank" kiçik və orta sahibkarlığın inkişafını və həmçinin müştəri məmnunluğunu üstün tutaraq kreditlərin aşağı faizlə və sərfəli şərtlərlə verilməsinə böyük diqqət yetirir. Azərbaycanda fərdi bank sektorunun yaranması dövründən fəaliyyətə başlayan "Parabank" ölkəmizin ən stabil bankları sırasına daxil olub və bu günə kimi öz mövqeyini qorumağa çalışır.

28 May Respublika Günü münasibətilə Parabank 10 may-1 iyul 2011-ci il tarixlərində "Faizlərə YOX deyək!" adlı kampaniyanın başlanmasını elan edir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu kampaniyanı 28 May Respublika Gününə həsr edən "Parabank" Azərbaycanda çalışan sahibkarları təbrik edir və onlara bizneslərində uğurlar arzulayaraq, faizsiz biznes kreditlərini təklif edir.

Kampaniyanın əsas məqsədi sahibkarlara faizsiz kreditdən istifadə etmək imkanı yaratmaqla, kiçik və orta biznesin inkişafını təmin etməkdir.

Kampaniya çərçivəsində sahibkarlar 10 000 AZN və daha artıq məbləğdə kreditləri 1 il müddətinə faizsiz əldə edə biləcəklər.

Bu kampaniya və digər məhsullarımız haqqında daha ətraflı məlumat əldə etmək üçün 139 nömrəsinə zəng vura bilərsiniz.

Xəbər lenti

Xəbər lenti