...

Azərbaycanda Statistika Şurasının yeni tərkibi təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 18:40 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Azərbaycan Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni tərkibini təsdiq edib.
Azərbaycanda Statistika Şurasının yeni tərkibi təsdiq edilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Nazirlər Kabineti Azərbaycan Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni tərkibini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nazirlər Kabinetinin saytında dərc edilən xəbərdə deyilir.

Nazirlər Kabinetinin qərarına əsasən, Şuraya Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Vəliyev Arif Mikayıl oğlu başçılıq edir.

Şuranın üzvləri:

Muradov Ədalət Cəlal oğlu - İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri

Hüseynov Ramiz Nobil oğlu - Maliyyə Nazirliyinin büdcə şöbəsi müdirinin müavini

Vəliyev İlkin Etibar oğlu - Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi rəisinin müavini, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun təşkili idarəsinin rəisi

Usubov Aqil Şamil oğlu - Dövlət Gömrük Komitəsinin Statistika və informasiya texnologiyaları baş idarəsinin Statistik uçot və tədqiqatlar idarəsinin rəisi

Cəfərov Elşən Firad oğlu - Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru

Tağıyev Çingiz Həsən oğlu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbənin müdiri (razılıq əsasında)

Əfəndiyev Məmmədəli Əmir oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi (razılıq əsasında)

Yaqubov Sakit Məmədi oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin Statistika kafedrasının müdiri

Paşa Tanrıverdi Əhməd oğlu - Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri

İsmayılov Dağbəyi Mirzəxan oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktorunun müavini

Əliyev Qasım Fərhad oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistika işlərinin əlaqələndirilməsi şöbəsinin baş məsləhətçisi - Statistika Şurasının katibi

Qərar imzalandığı gündən - mayın 10-dan etibarən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti