...

Yeni dövlət proqramı Bakının və onun qəsəbələrinin inkişafının 16 istiqamətini əhatə edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2011 15:03 (UTC +04:00)
2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı paytaxtın hər bir qəsəbəsinin problemlərinin konkret həllini nəzərdə tutur.
Yeni dövlət proqramı Bakının və onun qəsəbələrinin inkişafının 16 istiqamətini əhatə edir - nazir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir N.İsmayılova/

2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı paytaxtın hər bir qəsəbəsinin problemlərinin konkret həllini nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev AzTV dövlət telekanalına müsahibəsində bildirib.

"2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiqlənib.

"Proqram o qədər təfərrüatı ilə işlənib ki, orada yerinə yetirilməsi nəzərdə tutulan bütün işlər, layihələrin və tikinti obyektlərinin reallaşdırılmasına başlanacağı və tamamlanacağı dəqiq tarix göstərilib", - nazir deyib.

Onu sözlərinə görə, ümumilikdə proqram 16 istiqaməti əhatə edir və onları infrastruktur, sosial sahə, ekologiya, sahibkarlığın inkişafı kimi sahələrə ayıraraq qruplaşdırmaq mümkündür.

"İndi Bakının və onun qəsəbələrini qazlaşdırılması çox yüksək səviyyədədir. Lakin bu gün yeni yaşayış massivləri tikilir ki, onlar qazla təmin olunmalıdırlar, köhnə infrastruktur müasir tələblərə cavab vermək üçün tamamilə yenilənməlidir, eləcə də qazın keyfiyyətinin yaxşılaşdırılması və onun istehlakçıyadək çatdırılması, köhnəlmiş avadanlıqların yenilənməsi təmin olunmalıdır", - Mustafayev bildirib.

Nazirin sözlərinə görə, sonrakı 2,5 il ərzində qaz sayğacları yeni avtomatlaşdırılmış sayğaclarla əvəz olunacaq, yeni yarımstansiyalar və transformator stansiyaları tikiləcək, köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəzlənəcək, yeni elektrik ötürücü xətləri çəkiləcək.

"Eləcə də 11 yeni yarımstansiyanın tikintisi, 42 yarımstansiyanın təmiri və yenidənqurulması, 300 kilometrlik 110-120 kVt-lıq naqillərlə elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub", - o bildirib.

Nazirin sözlərinə görə, nazirlik Bakının qəsəbələrində alternativ və bərpa olunan enerji mənbələrini tətbiqi məsələsinə də baxır. Bakıda və onun qəsəbələrindəki bütün məktəblərin, uşaq bağçalarının və səhiyyə müəssisələrinin, təxminən 600 yaşayış evinin istiliklə təchiz olunması məsələsinin həlli üçün köhnəlmiş sistemlərin, o cümlədən 200 kilometrlik istilik təchizatı xəttinin yenidənqurulması nəzərdə tutulub.

"Bakının qəsəbələrində kanalizasiya sisteminin yenilənməsi üzrə də ciddi işlər görüləcək, çünki biz bilirik ki, bu gün bu sahədə ciddi problemlər mövcuddur. 63 qəsəbənin kanalizasiya və su təchizatı sistemi yenidən qurulacaq və təmir olunacaq, eləcə də ümumi gücü 535 min kubmetr olan 8 sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə Bakı qəsəbələrindəki kanalizasiya və su təchizatı sistemi sahəsindəki bütün məsələlər tam həll olunacaq", - Mustafayev bildirib.

Onun sözlərinə görə, yeni proqramda yolların tikintisi də prioritet məsələlərdən biridir. Əsas məsələ sahəsi 20 milyon kvadrat metrə yaxın olan qəsəbədaxili yolların tikintisi və əsaslı təmiridir.

Bu dövlət proqramı əsasən dövlət büdcəsini vəsaitləri hesabına maliyyələşdiriləcək, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun və Azərbaycan İnvestisiya Şirkətinin vəsaitləri də cəlb olunacaq. Nazirlik digər mənbələrdən, eləcə də beynəlxalq maliyyə institutlarından da vəsaitlərin cəlb edilməsi məsələsini nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti