...

Gəncənin 4 prioritet istiqamətdə inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 20:15 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərində prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Gəncənin 4 prioritet istiqamətdə inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 18 may /Trend/

Çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərində prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir

Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2013-cü illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafı üzrə" Dövlət Proqramına əsasən, mayın 13-də Gəncə şəhərində"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;

- müasir südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması və süd emalı;

-müasir konserv məhsulları istehsalı müəssisəsinin yaradılması;

- qənnadı məmulatları istehsalının inkişafı.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün: Sahibkarlığa Kömək Milli Fondu; ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti