...

Azərbaycan AYİB-i iqtisadiyyatın prioritet sahələri üzrə maliyyələşdirmənin genişləndirilməsinə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 17:13 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 20-21-də Astanada keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının 20-ci illik toplantısında iştirak edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan AYİB-i iqtisadiyyatın prioritet sahələri üzrə maliyyələşdirmənin genişləndirilməsinə çağırıb

Azərbaycan, Bakı, 24 may/Trend, müxbir N.İsmayılova/

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 20-21-də Astanada keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının 20-ci illik toplantısında iştirak edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Toplantının plenar iclasında çıxış edən iqtisadi inkişaf naziri Mustafayev ölkə iqtisadiyyatı, aparılan islahatlar və qazanılmış uğurları toplantı iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir, bankın ölkəmizdə həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirir. Nazir AYİB-i özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət edib.

Səfər çərçivəsində nazir Mustafayev AYİB-in prezidenti Tomas Mirovla görüşüb. Görüşdə Azərbaycanla Bank arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub, ölkəmiz üçün prioritet sahələrdə AYİB-in fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Avropa İnvestisiya Bankı, Türkiyə və İsveçrə nümayəndə heyətləri, "Tokio-Mitsubishi" bankı və "City Bank"la keçirdiyi görüşlərdə isə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti