...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti hissəsini yerləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 31-də Mərkəzi Bank (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AİF-in cümə günü yaydığı məlumatında deyilir.

Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca 101,1167 dəyərlə çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 33 milyon manatlıq istiqraz satılıb.

Mayın 27-nə olan rəsmi məzənnə 0, 7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti