...

Azərbaycan və Tatarıstan əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 20:00 (UTC +04:00)
Mayın 27-28-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Tatarıstanda səfərdə olub.
Azərbaycan və Tatarıstan əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir N.İsmayılova/

Mayın 27-28-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti bəzi görüşlərin keçirilməsi və bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmaq məqsədilə Tatarıstanda səfərdə olub. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Nümayəndə heyətinə Fövqəladə Hallar və Müdafiə nazirliklərinin, "Azərikimya" İstehsalat Birliyinin, "Aqrolizinq" ASC-nin məsul şəxsləri daxil olub.

İki günlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Alabuqa" Xüsusi İqtisadi Zonasında Kazan Vertolyot Zavodunda, "KAMAZ", "Mendeleyevskazot" müəssisələrində istehsal prosesi, həmçinin "KİP-Master", "Ximqrad" sənaye parklarının fəaliyyəti ilə tanış olub.

Görüşdə həmçinin "Tatnefteximinvest" və "Azərikimya" İstehsalat Birliyi, eləcə də "Rimera Holdinq" qrupuna daxl olan "Alnas" zavodu və Suraxanı dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycan nümayəndə heyətini qəbul edib.

Xəbər lenti

Xəbər lenti