...

İyunun 10-da Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə start veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2011 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqrammı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunacaq.
İyunun 10-da Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə start veriləcək

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqrammı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunacaq.

Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL a.s.-nin 100%-li törəmə şirkəti olan "M STEEL PROJECT a.s." arasında Çərçivə müqaviləsi imzalanıb. Çexiyanın "Trşinets celezarnı" zavodundan relsin (65 tipli 41210 ton, 317 km yol) alınması razılaşdırılıb. Artıq 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.

Əsaslı təmir üçün tələb olunan 583 280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən Ələt şpal zavodunda ("Azərinşaatservis") istehsal olunacaq. Məlumat üçün bildirək ki, Ələt şpal zavodunda şpal istehsalına başlanılıb. Artıq üçnövbəli iş sistemi tətbiq olunub. Bunun da əsas məqsədi Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirində şpala olan tələbat ödəməkdir.

10 iyun 2011-ci ildə ilk kilometrin əsaslı təmiri həyata keçiriləcək. Prosesə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində start veriləcək.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, müvafiq Departament, xidmət və MMC-lərin kollektivləri iştirak edəcək. Əsaslı təmiri "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri reallaşdıracaq.

Dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu dönəmdə hər kəsin məsuliyyəti bir az da artıb. Sərnişin və yük daşımlarına olan tələbatı tam ödəmək üçün bu mərhələdən yetərincə yararlanmaq lazımdır. Çünki yeniləşmə, modernləşmə prosesinin sürətlə aparılması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin güclü tərəfdaş olmasını bir daha sübuta yetirəcək.

Xəbər lenti

Xəbər lenti