...

USAID Azərbaycanda rəqabət sahəsində qanunvericiliyin tətbiqinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 15:55 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda rəqabət və ticarət layihəsi çərçivəsində rəqabət sahəsində qabaqcıl qanunvericiliyin əsas prinsiplərini hazırlayıb.
USAID Azərbaycanda rəqabət sahəsində qanunvericiliyin tətbiqinə kömək edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir N.İsmayılova/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda rəqabət və ticarət layihəsi çərçivəsində rəqabət sahəsində qabaqcıl qanunvericiliyin əsas prinsiplərini hazırlayıb.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırovun sözlərinə görə, payızda ölkə parlamenti "Rəqabət haqqında Məcəllə"nin layihəsinə baxacaq, buna görə də indi fond USAID ilə birlikdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflə çıxış edib.

"Agentlik əvvəllər də müxtəlif ölkələrə, o cümlədən keçmiş Sovet İttifaqı ölkələrinə bu sahədə qabaqcıl qanunvericiliyin yaradılmasında kömək edib", - USAID-in layihəsinin rəhbəri Melani Şuls deyib.

Azərbaycan deputatı Əli Məsimlinin sözlərinə görə, qanunvericilik orqanına bütün təklifləri paket şəklində hazırlamaq və təqdim etmək məqsədəuyğun olardı. Məsimli hesab edir ki, bu, qiymətlərin azalmasına, sahibkarlıq fəaliyyətinin ölkə ÜDM-də payının artmasına, eləcə də ölkədə sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcək.

Hazırlanan əsas prinsiplər məcəllənin tətbiqinin səmərəliyinin artırılmasını və azad bazar iqtisadiyyatı şəraitində rəqabətin şərtlərinə, bazar iştirakçıları arasında bərabərliyə əməl olunması üzrə funksiyaların yerinə yetirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti