...

Bakının Binəqədi rayonunda prioritet sahələrin inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 13:38 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Binəqədi rayonunda prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib.
Bakının Binəqədi rayonunda prioritet sahələrin inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Binəqədi rayonunda prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Binəqədi rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərin məşğulluğunun təmin olunması məqsədilə yerli icra hakimiyyətinin nümayəndələri və sahibkarlarla danışıqlar aparılıb. Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- intensiv üzümçülük təsərrüfatlarının yaradılması;
- faraş tərəvəz məhsullarının (eləcə də müxtəlif çiçəklərin) yetişdirilməsi üçün müasir istixana komplekslərinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir tələblərə cavab verən ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
- kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti