...

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda vahid ödəniş sistemini tətbiq etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2011 17:51 (UTC +04:00)
Gələn ildən etibarən Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üzrə işlərə başlaya bilər.
Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda vahid ödəniş sistemini tətbiq etmək niyyətindədir

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/

Gələn ildən etibarən Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üzrə işlərə başlaya bilər. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin rəhbəri Sədrəddin Məmmədov deyib.

Onun sözlərinə görə, yeni sistem nəqliyyatın bütün növlərində ödəniş üçün vahid kartlardan istifadəni və bütün ictimai nəqliyyat növlərində ödəniş etməyə imkan verən xüsusi avadanlığın tətbiqini nəzərdə tutur.

"İşlər artıq gələn il başlaya bilər, lakin bu hələlik nəzərdə tutulan müddətdir", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, vahid ödəniş sistemi Bakıda nəqliyyatın intellektual idarə olunması sisteminə uyğunlaşdırılacaq. İntellektual idarəetmə sisteminin cari ilin sonunadək tətbiqi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti