...

Türkiyə daima bütün sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2011 12:36 (UTC +04:00)
Azərbaycanda sərgi işi böyük sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc "Türk ixrac mallarının Bakı sərgisi-2011"-in açılışında bildirib.
Türkiyə daima bütün sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır - səfir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda sərgi işi böyük sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc "Türk ixrac mallarının Bakı sərgisi-2011"-in açılışında bildirib.

"Bu sərgi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır", - Kılıc deyib.

Onun sözlərinə görə, Türkiyə daima hərbi və iqtisadi sahələr də daxil olmaqla, bütün sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır.

Sərgidə tikinti, mebel sektorunu, emal və kimya sənayelərini, qida və toxuculuq, kosmetika və məişət texnikası sahələrini təmsil edən 50 türk şirkəti iştirak edəcək.

Sentyabrın 8-də keçiriləcək sərgi Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə səfirliyi və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Baku Expo Center" beynəlxalq sərgi mərkəzində keçiriləcək. Bundan əvvəl "Meridyen Fuarıcılık" Bakıda "İstanbul Fashion Show" və "Türk İnşaat ve Makina" sərgilərini təşkil edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin birinci yarısında Türkiyə ilə mal dövriyyəsi 765,75 milyon dollar təşkil edib. Ötən ilin yanvar-iyun aylarında isə bu göstərici 387,73 milyon dollar təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti