...

Azərbaycan turistləri "Flydubai"la Kazan və Ufaya səfər edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Dubayın ilk qənaətcil "Flydubai" aviaşirkəti Kazan və Ufa şəhərlərinə hava yolu açaraq, Rusiya üzrə marşrut xəttini ikiqat artırıb. Trend-in məlumatına görə, bu münasibətlə Kazana qəlmiş "Flydubai" aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyti Tatarıstan Prezidenti Rüstəm Minnixanov qarşılayıb.

"Rusiya bazarı həm iqtisadi əlaqələrin möhkəmlənməsi, həm də turizmin inkişafı baxımından bizim üçün böyük əhəmiyyət kəsb edir. Dubay 18 min Rusiya vətəndaşının doğma ocağına çevrilib. Təbii ki, bu insanlar üçün yüksəksəviyyəli, qənaətcil hava yolunun təşkili tam zəruri bir addımdır. Rusiyalı sahibkarlar getdikcə Birləşmiş Ərəb Əmirliklərini yeni biznes məkanlarına çıxış üçün ideal bir platforma kimi qiymətləndirirlər. Rusiya iqtisadiyyatında 2010-cu ildə 4%, 2011-ci ilin ilk beş ayı ərzində isə 3,8%-lik artım qeydə alınıb. Rusiya istiqamətinə açılan yeni hava marşrutları bu nəticələrin yüksəlməsi yolunda münbit şərait yaradacaq", - yeni reyslərin açılışını şərh edən əl-Qeyt deyib.

Bu yaxınlarda "Flydubai" Kiyev, Xarkov, Donetsk şəhərlərinə hava yolları açıb. Hazırda aviaşirkət MDB istiqamətində (Azərbaycan, Ermənistan, Türkmənistan daxil olmaqla) 10 marşruta malikdir.

Dubaydan Kazan və ya Ufa marşrutu üzrə biletlərin qiyməti 350 ABŞ dollarından başlayır. Biletin qiymətinə (bütün vergilər daxil olmaqla), çəkisi 7 kiloya qədər olan əl yükü və 20 kiloya qədər olan baqaj yükü daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Biletləri www.flydubai.com internet saytı, +38-044-465-93-65 müştəri mərkəzi ilə əlaqə saxlayaraq və turizm şirkətləri vasitəsi ilə əldə etmək mümkündür.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Bu müddət ərzində aviaşirkət öz şəbəkəsini Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və qismən Avropa regionlarına 38 istiqamətədək genişləndirib. Bu istiqamətlər üzrə artıq 18 təyyarə uçur.

Xəbər lenti

Xəbər lenti