...

Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollara çatıb - nazir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 17:09 (UTC +04:00)
Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollar təşkil edir.
Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollara çatıb - nazir (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend müxbir A.Axundov/

Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

"Üç il ərzində Azərbaycanda Rusiya kapitallı 139 müəssisə qeydiyyata alınıb", - Mustafayev bildirib.

Onun sözlərinə görə, bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanla Rusiya arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 60 faizdən çox artıb və iki milyard dollar, yəni 2010-cu ilin yekunları üzrə göstəricinin səviyyəsinə çatıb.

Xəbər lenti

Xəbər lenti