...

Bakı Fond Birjasının idarə heyətinin sədri vəzifəsindən gedib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 17:11 (UTC +04:00)
"Bakı Fond Birjası" QSC-nin (BFB) Müşahidə Şurasının iclası keçirilib.
Bakı Fond Birjasının idarə heyətinin sədri vəzifəsindən gedib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

"Bakı Fond Birjası" QSC-nin (BFB) Müşahidə Şurasının iclası keçirilib.

Birjadan çərşənbə günü Trend-ə verilən məlumata görə, iclasda BFB-nin idarə heyətinin sədri Xəyal Abdinovun başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib.

Müşahidə Şurasının qərarı ilə səhmdarların ümumi yıgıncağı çağırılanadək BFB-nin idarə heyəti sədrinin səlahiyyətlərinin icra edilməsi Risklərin İdarəsi Qrupunun rəhbəri Emin Əliyevə həvalə olunub.

BFB-nin səhmdarlarının ümumi yığıncağının 18 noyabr 2011-ci il tarixində keçirilməsi qərara alınıb.

Əliyev Emin Təvəkkül oğlu 1978-ci ildə anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində, 2000-2001-ci illərdə İtaliyanın Siena Universitetində, 2003-2007-ci illərdə Azərbaycan Prezidenti yaninda Ali İdarəçilik Akademiyasında təhsil alıb. 2005-ci ildən etibarən bank sistemində, daha sonra isə yerli və xarici qiymətli kağızlar bazarları və maliyyə konsaltinqi sahəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti