...

Bakıda regional iclas keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Oktyabrın 6-dan 15-dək "FINCA International"ın doqquz nümayəndəliyinin olduğu Avrasiya ölkələrinin Bakıda növbəti rüblük iclası keçirilir.

Trend-in məlumatına görə, "FINCA Azerbaijan"ın ev sahibliyi etdiyi iclasda həmin ölkələrdəki FINCA nümayəndəliklərinin idarə heyəti və "FINCA International"ın bir çox yüksək vəzifəli şəxsləri iştirak edir.

"FINCA Azerbaijan" Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir və hazırda xidmət göstərdiyi müştərilərin sayı 115 min nəfərdən çoxdur. Bu göstəriciyə görə "FINCA Azerbaijan" Azərbaycan mikromaliyyə bazarının şəriksiz lideridir. Təşkilatın hazırkı kredit portfeli isə 102 milyon dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti