...

Mərkəzi Bankda "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2011 20:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində "Ödəniş kartları bazarında fırıldaqçılıq" mövzusunda seminar keçirilib.
Mərkəzi Bankda "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində "Ödəniş kartları bazarında fırıldaqçılıq" mövzusunda seminar keçirilib. Trend-in məlumatına görə, bu barədə AMB-nin cümə günü yaydığı məlumatda deyilir.

"MasterCard Worldwide"-ın risk xidmətləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən keçirilən seminarda Azərbaycanın ödəniş kartları bazarında fırıldaqçılıq səviyyəsinin digər ölkələrlə müqayisəli təhlili, ödəniş kartlarının emissiyası və ekvayrinqdə fırıldaqçılığa qarşı mübarizənin təşkili mövzuları əhatə olunub. Seminarda həmçinin elektron ticarətdə risklərin idarə edilməsi mövzusunda iştirakçılara geniş məlumat verilib.

Seminarda yerli kommersiya banklarının və Mərkəzi Bankın nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti