...

Azərbaycanda su təsərrüfatı müəssisəsinin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2011 15:45 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tikinti-quraşdırma xidmətləri göstərən "Mugan Su Tikinti" SC-nin səhmlərinin 99,1 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda su təsərrüfatı müəssisəsinin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi tikinti-quraşdırma xidmətləri göstərən "Mugan Su Tikinti" SC-nin səhmlərinin 99,1 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komitənin dərc etdirdiyi "Mülkiyyət" qəzetindəki məlumatda deyilir.

Müsabiqədə respublikanın hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar habelə müəssisənin fəaliyyətinin bərpa edilməsinə dair təkliflər təqdim etməlidirlər.

Həmçinin, iddiaçılar investisiya təklifinin beş faizi həcmində bank zəmanəti və dövlət büdcəsinə ödəniləcək 330 min manat vəsaitlə bağlı təklif təqdim etməlidirlər.

"Mugan Su Tikinti" tikinti-quraşdırma işləri üzrə ixtisaslaşıb və Sabirabad rayonunda yerləşir.

2011-ci il oktyabrın 1-nə olan məlumata görə, SC-nin nizamnamə kapitalı 674,434 min manat təşkil edir. Satışa çıxarılan 337 217 səhmin hər birinin nominal dəyəri iki manatdır. İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 334 166 ədəd, onların ümumi nominal dəyəri isə 668,332 min manatdır.

Müəssisə 1,221 milyon manat məbləğində borca malikdir. O cümlədən, əməkhaqqı üzrə borclar 47,327 min manat, mal, iş və xidmətlərə görə borclar 267,8 milyon manat təşkil edir. Bununla yanaşı, müəssisənin debitor borcları 1,227 milyon manatdır.

İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış olmaq və əlavə məlumat əldə etmək üçün 9 dekabr 2011-ci il tarixinə qədər, saat 10:00-dan 17:00-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri. Y.Səfərov küçəsi, 20.

Sənədlər və təkliflər 9 dekabr 2011-ci il saat 10:00-dan 17:00-dək qəbul edilir.

Təkliflərə Dövlət Komitəsinin binasında Müsabiqə Komissiyası tərəfindən 13 dekabr saat 11:00-dək baxılacaq.

Noyabrın 10-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti