...

Samir Şərifov: Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi portfeli 900 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir A.Axundov/

2012-ci ildə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) dövlət büdcəsindən 90 milyon manat ayrılacaq ki, bu da 2011-ci illə müqayisədə 56 milyon manat və ya 2,6 dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2012-ci il və növbəti üç il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Ümumilikdə 2006-2011-ci illərdə dövlət büdcəsindən SKMF-yə 453 milyon manat ayrılıb, hazırda onun portfeli 720 milyon manat təşkil edir", - Şərifov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin ayrılması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə gələn il 8 milyon manat, "Aqrolizinq" dövlət lizinq şirkətinin xətti ilə kənd təsərrüfatı texnikasının satışına isə 35 milyon manat ayrılacaq.

"Aqrolizinq" şirkətinin fəaliyyətə başlamasından bəri dövlət büdcəsindən 318 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 40 milyon manat ayrılıb", - Şərifov deyib.

Nazir bildirib ki, ipotekanın tətbiq edilməsi üçün Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fonduna 20 milyon manatın ayrılması proqnozlaşdırılır. Əvvəlki illər hesaba alınmaqla, İpoteka Fonduna ayrılan vəsaitlərin həcmi 116 milyon manata çatıb.

Noyabrın 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti