...

Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortaçısını müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 16:14 (UTC +04:00)
"Azərbaycan Sənaye Sığorta" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortası üzrə tenderin qalibi olub.
Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortaçısını müəyyən edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov/

"Azərbaycan Sənaye Sığorta" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortası üzrə tenderin qalibi olub. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının çərşənbə günü rəsmi mətbuatda dərc etdiyi məlumatda deyilir.

"Şirkət ilə artıq 12 ay müddətinə müvafiq müqavilə imzalanıb", - məlumatda qeyd edilir.

Tenderin şərtlərinə görə, şirkət xidmətlərin göstərilməsinə 2011-ci il noyabrın 21-dən başlayıb.

Bir müddət əvvəl AMB-nin balansında olan əsas vəsaitlərin və nağd pulların sığortalanması üzrə "Azərbaycan Sənaye Sığorta", nəqliyyat vasitələrinin sığortalanması üzrə isə "Paşa Sığorta" tenderin qalibi olub.

Xəbər lenti

Xəbər lenti