...

Azərbaycan gömrük sahəsində bir sıra hökumətlərarası sazişlər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 16:02 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) bir sıra ölkələrlə hökumətlərarası sazişlərin bağlanması üzərində işləyir.
Azərbaycan gömrük sahəsində bir sıra hökumətlərarası sazişlər hazırlayır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) bir sıra ölkələrlə hökumətlərarası sazişlərin bağlanması üzərində işləyir. Trend-in məlumatına görə, bu barədə DGK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyevin şənbə günü rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

"Makedoniya, Küveyt, İordaniya, Macarıstan və bir sıra digər ölkələrlə gömrük sahəsində sazişlərin imzalanacağı gözlənilir", - Fərzəliyev deyib.

Onun məlumatına görə, 2011-ci ildə Argentina, BƏƏ və Serbiya ilə gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında hökumətlərarası saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti