...

AİB Azərbaycandakı su layihəsi üçün iri krediti təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2012 10:33 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) menecmenti Azərbaycanda su təchizatı və sanitar xidmətlərinin yaxşılaşdırılması üzrə 300 milyon dollar məbləğində ikinci tranşın təqdim olunmasını təsdiqləyib.
AİB Azərbaycandakı su layihəsi üçün iri krediti təsdiqləyib

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankının (AİB) menecmenti Azərbaycanda su təchizatı və sanitar xidmətlərinin yaxşılaşdırılması üzrə 300 milyon dollar məbləğində ikinci tranşın təqdim olunmasını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİB-in saytında yerləşdirilən məlumatda deyilir.

"Bank krediti 2011-ci ilin sonunadək təsdiqləməyi planlaşdırmışdı. Bu prosedur texniki səbəblər üzündən 2012-ci ilədək təxirə salınıb. Danışıqlar isə tamamilə uğurlu keçib", - cümə axşamı AİB nümayəndəliyindən Trend-ə bildirilib.

Kredit vəsaitləri Ağdaş, Göyçay, Naxçıvan və Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması çərçivəsində işlərin başa çatdırılmasına yönəldilib.

Bu gün AİB su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə iki layihəni maliyyələşdirir. 30 milyon dollar məbləğində birinci kredit 2004-cü ildə Göycay və Naxçıvanda su təchizatı sisteminin bərpasına ayrılıb. Onun həyata keçirilmə müddəti 30 iyun 2011-ci ildə başa çatıb.

Beş il əvvəl təsdiqlənmiş layihənin bahalaşması və həmin rayonlarda işləri tam əhatə etməsi ilə əlaqədar MFF vəsaitləri hesabına 75 milyon dollar (birinci tranş), Azərbaycan hökuməti tərəfindən isə 25 milyon dollar ayrılıb.

İkinci tranş bu layihənin əhatə dairəsinin genişləndirilməsinə və dörd şəhəri - Ağdaş, Ağcabədi, Beyləqan və Balakəni əhatə etməsi üçün nəzərdə tutulub.

MFF 2009-cu ilin sentyabrında 600 milyon dollar həcmlə bankın Direktorlar Şurası tərəfindən bəyənilib. Multitranş maliyyələşdirmə su təchizatı və kanalizasiya sahəsində islahatlar proqramı və aydın strategiya ilə dəstəklənən investisiyaları nəzərə alaraq, AİB ilə ölkə hökuməti arasında səkkiz illik əməkdaşlıq üçün əsas olacaq.

"Azərsu" ASC-nin su layihəsi üzrə məsləhətçisi "AICO Consulting Ltd/European Consultans Organization" konsorsiumudur.

Xəbər lenti

Xəbər lenti