...

2012-ci ilin sonunadək Xəzər Gəmiçiliyi yeni üzən tərsanə alacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2012 13:54 (UTC +04:00)
Rusiyanın Nijeqorod vilayətində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün yeni üzən tərsanənin təməlqoyma mərasimi keçirilib.
2012-ci ilin sonunadək Xəzər Gəmiçiliyi yeni üzən tərsanə alacaq (FOTO)

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir E.İsmayılov/

Rusiyanın Nijeqorod vilayətində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün yeni üzən tərsanənin təməlqoyma mərasimi keçirilib. Bu barədə şənbə günü Trend-ə qurumdan məlumat verilib.

Tərsanə Qorodets Gəmi Təmiri-Gəmiqayırma Koorporasiyasında tikiləcək.

Mərasimdə ADXDG-nin rəhbərinin köməkçisi Vüqar Sadıqovun dediyi kimi, son səkkiz il ərzində Azərbaycanın donanması bir quru yük gəmisi, on tanker və dörd bərə ilə təmin olunub.

Yük tutumu 8 min ton olan metal təmir tərsanəsi Xəzər Dəniz Gəmiçiliyinə 2012-ci ilin sonlarında təhvil veriləcək.

Təməli qoyulan tərsanə tamamilə yeni texniki həlldir. O özü qalxacaq və təmir ediləcək. Tərsanə 50 ilə yaxın müddətdə xidmət göstərəcək.

Koorporasiyanın baş direktoru Vladimir Akimovun tədbirdə bildirdiyi kimi, Rusiyada 15 ildən artıqdır ki, tərsanələr tikilmir və korporasiya yeni nəsil tərsanəsinin tikintisinə başlayıb.

Xəbər lenti

Xəbər lenti