...

İran və Türkiyə birgə ticari-iqtisadi komissiya yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2012 11:03 (UTC +04:00)
На следующей неделе будет создана совместная ирано-турецкая торгово-экономическая комиссия.
İran və Türkiyə birgə ticari-iqtisadi komissiya yaradır

Azərbaycan, Bakı, 14 yanvar/Trend müxbirlər A. Tağıyeva, T. Cəfərov/

Gələn həftə İran-Türkiyə birgə ticari-iqtisadi komissiyası yaradılacaq. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bir gün əvvəl İranın parlamentinin spikeri Əli Laricani Türkiyənin rəsmi şəxslərilə görüşdən sonra jurnalistlərə deyib.

"Türkiyə tərəfi ilə görüşlərdə bir neçə iqtisadi layihənin həyata keçirilməsi müzakirə edilib və birgə komissiyanın yaradılmasının zərurəti haqqında qərar qəbul edilib" , - Laricani qeyd edib.

Onun sözlərinə görə, iki ölkənin parlamenti əməkdaşlığı genişləndirməyi planlaşdırır.

"Türkiyə və İranın bir çox məsələlər üzrə baxışları üst-üstə düşür" - Laricani deyib.

İran parlamentinin spikeri Əli Laricanı yanvarın 11-də işgüzar səfərlə Türkiyəyə gəlib. O, səfər çərçivəsində bu ölkənin Prezidenti, Baş naziri, parlament sədri və xarici işlər naziri ilə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti