...

Azərbaycanda 640 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 18:08 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız mallar məhv edilib.
Azərbaycanda 640 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız mallar məhv edilib.

Trend-in cümə axşamı nazirliyin istinadən yaydığı məlumata görə, Bakının Binəqədi, Yasamal, Xətai, Səbail, Suraxanı rayonlarında, Mingəçevir, Quba, Şəki, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Ağdam və Masallı rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 640 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, qeyd olunan obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti