Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/
Gələcəkdə Azərbaycanda 100 faizlik xarici kapitalla müştərək müəssisələrin və şirkətlərin elektron qeydiyyatı mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
"Bu gün ölkədə hüquqi şəxslərin - yerli kapitalla məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı mümkündür. Onların kommersiya hüquqi şəxslərin ümumi sayında xüsusi çəkisi 85 faiz təşkil edir" , - Ələkbərov qeyd edib.
Onun sözlərinə görə, nazirlik artıq elektron qeydiyyat prosesinin əhatəsini genişləndirmək məqsədilə işlər aparır ki, bu da kommersiya hüquqi şəxslərin bütün növlərinin e-qeydiyyatdan keçməsinə imkan verəcək.