...

Hava şəraitinə görə Bakı aeroportu bir sıra reysləri ləğv edib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 08:08 (UTC +04:00)
Hava şəraitinə görə Heydər Əliyev Beynəlxalq aeroportu çərşənbə günü səhər saatlarında bir sıra reysləri ləğv edib. Bu barədə Trend-ə aeroportdan bildirilib.
Hava şəraitinə görə Bakı aeroportu bir sıra reysləri ləğv edib (YENİLƏNİB)

Azərbaycan, Bakı, 8 fevral /Trend, R.Daraxşan/

Hava şəraitinə görə Heydər Əliyev Beynəlxalq aeroportu çərşənbə günü səhər saatlarında bir sıra reysləri ləğv edib. Bu barədə Trend-ə aeroportdan bildirilib.

Aeroportdan bildirdiklərinə görə, kiçik tipli ATR 72 və ATR 42 avialaynerlər vasitəsilə həyata keçirilən Bakıdan Gəncəyə (yola düşmə vaxtı 09:55), Tbilisiyə (yola düşmə vaxtı 10:10) və Tehrana (yola düşmə vaxtı 10:35) reyslər ləğv edilib.

Bundan başqa, BD 928 London-Bakı aviareysinin təyyarəsi eniş edə bilməyərək Tehrandakı ehtiyat aerodromuna yollanıb.

Çərşənbə günü səhər erkən saatlarında Bakıda güclü çovğun başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundanm daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti